<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sənin Evində</title>
<lyrics>[V1]
 Sevincinlə dolaraq
 Oxuyarıq uca səslə
 Əllərinin işini
 Qəlbimizlə mədh edərik
 Göydən gələn bu sevinci
 Hazırlanmış xoşbəxtliyi
 Məhəbbətlə birləşib
 Bir ürəklə gözləyirik

[C1]
   Əllərinizi qaldırın
   Qoy səsimiz yayılsın
   Sarsılmazdır sülh əhdin
   Sənə həmd olsun, Rəbb İsa
   Bu səsimiz çatsın göylərə
   ilahilərlə bəzənsin
   Sənin evində yığışıb
   Bir ailə olmuşuq.

[V2]
 Əgər sussaq, danışmasaq
 O vaxt daşlar dilə gələr.
 Yaradılış Səni səslər:
 Qoy tez gəlsin Rəbbimiz.
 İllər keçsin, aylar keçsin
 Biz ümidlə səbr edərik:
 Göyə qalxan geri gələr
 Və bizimlə bayram edər...</lyrics>
</song>